Gün gələcək, "Qarabağ" milyard dollarlıq klubları çırpacaq...

 Gün gələcək, "Qarabağ" milyard dollarlıq klubları çırpacaq...

"Qarabağ"ın "Nyukasl"la səfər oyunu çox möhtəşəm keçdi. Uduzsaq da, Qurbanovun "ayğır atları" sonadək ingilislərə master-klass göstərdi.

Qəm eləməyə dəyməz. Uduza-uduza böyüyürük. Bir gürcü filmi var, təəssüf ki, adı yadımda deyil.

İki nəfər bir qzı sevir, biri pəhləvan cüssəlidi, o biri isə mənim kimi cılız. Pəhləvan cüssəli mənim kimi cılızı harda tutursa döyür.

Axırda cılız o qədər məşq edir ki, pəhləvan cüssəlini eşşək sudan gəlincə döyür. Pəhləvan cüssəli qaçıb canını qurtarmaq istəyir.

İndi "Qarabağ" da gün gələcək, dəyəri milyard dollarlıq olan klubları o gürcü filmindəki mənim kimi cılız oğlan kimi çırpacaq.

Və "Nyukasl"la oyunda 2:3 məğlub olsa da,  Avropaya, eləcə də dünyaya göstərdi ki, Azərbaycanda da futbol var və "Qarabağ" kimi bir komanda var.

Uğurlar, "Qarabağ"!

Aqil Abbas