Azərbaycan futbolunda RƏZALƏT: Futbolçular meydana çıxmadılar
Azərbaycan futbolunda növbəti rüsvayçı hadisə yaşanıb.
"Mediasport" xəbər verir ki, 1-ci Liqanın 7-ci turu çərçivəsində "Şahdağ Qusar"la qarşılaşmalı olan “Mingəçevir” meydana çıxmayıb.
Bir müddətdir maliyyə problemləri yaşayan əyalət klubunun matça çıxmaması futbolçuların maaşlarını ala bilməməsi ilə əlaqələndirilir.
Futbolçular klub rəhbərliyini bu yolla boykot ediblər.
AFFA İntizam Komitəsi komandaya məğlubiyyət verəcək.
Qeyd edək ki, “Mingəçevir” 6 turdan sonra 4 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

