"Qarabağ"ın “Liverpul”la oyunu slovakiyalı hakimlərə həvalə edildi

"Qarabağ"ın “Liverpul”la oyunu slovakiyalı hakimlərə həvalə edildi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turu çərçivəsində İngiltərədə baş tutacaq “Liverpul” - “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, yanvarın 28-dən 29-na keçən gecə "Enfild"də keçiriləcək qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İvan Krujlyak, yan xətdə Branislav Hantsko və Yan Pozor olacaqlar.

Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR-da Pol van Boekel, AVAR-da isə Yan Boterberq əyləşəcək.

Görüş Bakı vaxtilə saat 00:00-da start götürəcək.