Gürcüstanlı model "Qarabağ" haqda paylaşım etdi: "SUSUN!"
"2:2! Heç-heçə! Amma mən bu hesabı "heç-heçə" adlandırmaqdan imtina edirəm!. Biz "Çelsi"yə qarşı oynamırdıq. Biz SİSTEMƏ qarşı vuruşurduq. Elə bir sistem ki, orda pul hər şeyə qərar verir, üç yüz illik tarixi və cırtdan dövlətin büdcəsi qədər büdcəsi olan klublar səni tərləmədən əzə bilərlər".
"Mediasport" xəbər verir ki, bu fikirlər vaxtilə ölkəmizdə AZAL və "Turan Tovuz"da oynamış Nuqzar Kvirtiyanın həyat yoldaşı İnna Kvirtiyaya məxsusdur.
Gürcüstanlı sabiq futbolçunun model xanımı "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Çelsi" ilə oyunu haqda düşüncələrini paylaşıb.
O, fikirlərini belə davam etdirib. İnna Kvirtiyanın paylaşımını olduğu kimi diqqətinizə çatdırırıq:
"Amma burda – bizimkilər idi. Gözləri alovla dolu olan oğullarımız!
Biz – MÜBARİZƏNİN nə olduğunu bilən bir ölkəyik. Və bizim "Qarabağ"ımız, bizim qürurumuz, sadəcə meydana çıxıb döyüşür. Döyüşürlər nə qonorarlar, nə də reklam müqavilələri üçün, ad üçün vuruşurlar. Bu komandanın daşıdığı, sarsılmazlığın simvolu olan Ad üçün!
Qurban Qurbanov – o, ulduzları satın almır, əlində olan gildən yaradır. Onun fəlsəfəsi sadədir: bizim milyardlarımız yoxdur, amma bizim Ruhumuz var. Ruh isə Milyardlara qarşı çıxanda, məğlub olmağa haqqı yoxdur!
"Mavilərin" gözlərində oxunurdu: "Burda nə baş verir?!"
Siz isə, "bəxtləri gətirdi" deyə pıçıldayanlar, susun! Bəxt ardıcıl olaraq təkrarlananda – bu artıq bəxt deyil. Bu – QANUNAUYĞUNLUQDU. Nəhəng əməyin, inamın və tarixi missiyanı dərk etməyin qanunauyğunluğu!
Bu heç-heçə bizim Zəfər Günümüz ərəfəsində baş verdi! Siz simvolizmi başa düşürsünüzmü? Bu, sadəcə futbol nəticəsi deyil, bu – Millətə HƏDİYYƏDİR! Bu, o deməkdir ki, biz birləşəndə, inananda, canımızı qoyub vuruşanda, qeyri-mümkünə qadirik.
Biz sizinlə fəxr edirik, oğlanlar! Meydana çıxan, məşq edən, azarkeşlik edən hər kəslə qürur duyuruq. "Çelsi" ilə olan bu heç-heçə daha bir zirvədir. Bu, təsadüf deyil, bu – uğur sistemimizdir.
Axı xalq bir böyük, vahid komandaya çevriləndə, onun bərabəri olmur. Və bu – bizim əsas dərsimizdir.
Əzizlərim, sizə sualım budur: bu nəticə sizin üçün adi bir xaldan başqa, şəxsən nə ifadə edir? Məgər siz bu tarixi yükü hiss etmirsiniz?! Şərhlərdə yazın, duyğularınızı gizlətməyin!".
