Andrey Lunyov "Qarabağ"dan ayrılmasının səbəbini açıqladı

“Qarabağ” mənə qalmağı təklif edirdi. Məni orada hər şey qane edirdi. Bakı əla şəhərdir, çox rahatdır".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov deyib.
Karyerasını Rusiyanın "Dinamo" (Moskva) klubunda davam etdirən qolkiper yerli mətbuata açıqlamasında Ağdam klubundan ayrılmasının səbəblərini açıqlayıb:
“Böyük məmnuniyyətlə "Qarabağ"da qalardım. Lakin oğluma görə belə qərar verməyə məcbur oldum. Bu il beş yaşı tamam oldu, məktəbə az qalıb, hazırlıqlar başlayır. Artıq daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt idi. Ona görə də mənə doğma Moskvaya qayıtdım. Burada uşağın inkişafı üçün imkanlar xeyli çoxdur”.
Lunyov Ağdam klubunu seçməsinə belə aydınlıq gətirib:
“Qarabağ” çempionatda hegemondur. Müntəzəm olaraq avrokuboklarda oynayır. Bu da mənim üçün ən önəmlisi idi. Həmin vaxt Türkiyə klublarının yarısı mənimlə maraqlanırdı. Amma heç biri ilə konkret danışıqlar yox idi. Təklif çox idi, bu anda “Qarabağ” peyda oldu. Millinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Azərbaycan variantımın olduğunu biləndə getməyimi məsləhət gördü”.
Qeyd edək ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"la Azərbaycan çempionu və kubokun qalibi olub.