Şahzadə Tomas Tuhellə görüşdü

Uels şahzadəsi Uilyam Artur futbol üzrə İngiltərə milli komandasının yeni baş məşqçisi Tomas Tuheli qəbul edib.
"Mediasport" xəbər verir ki, görüş Berkşir qraflığında yerləşən "Vindzor" malikanəsində baş tutub.
Kral almaniyalı mütəxəssislə 1 saatdan çox söhbət edib, tərəflər fikir mübadiləsi aparıblar.
Sonda şahzadə Tuhelə uğurlar arzulayıb.
Qeyd edək ki, Tomas Tuhellə ötən ilin oktyabrında 18 aylıq müqavilə bağlanıb, o vəzifəsinin icrasına yanvarın 1-dən başlayıb.