"Xankəndi"nin üzvü mükafat aldı
Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi" klubunun futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.
Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
Oktyabrın ən yaxşı qolu V turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb.
Ən yaxşı qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

