"Turan Tovuz" Kurban Berdıyevə görə Apellyasiya şikayəti verəcək
"Turan Tovuz" baş məşqçisi Kurban Berdıyevin AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılması ilə bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət edəcək.
Bu barədə "Mediasport"a qərb təmsilçisindən məlumat verilib.
Bildirilib ki, çıxarılan qərar kifayət qədər ağırdır.
Qeyd edək ki, İntizam Komitəsi mütəxəssisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk oyununda dördüncü hakimə qarşı yol verdiyi hərəkətə görə cəzalandırıb.
Berdıyev hakimi itələdiyi üçün birbaşa qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldıqdan sonra referiləri təhqir edib.
