Şahruddindən tənqidlərə cavab: "Dili mükəmməl bilməsəm də..."

Şahruddindən tənqidlərə cavab: "Dili mükəmməl bilməsəm də..."

Azərbaycan dilində səlis danışa bilmədiyi üçün tənqid edilən millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev susqunluğu pozub.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın üzvü sosial şəbəkə hesabında paylaşım edərək tənqidlərə reaksiya verib:

“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır”.

Qeyd edək ki, Dağıstanda anadan olmuş 31 yaşlı qolkiper 12 ildir Azərbaycan milli komandalarının formasını geyinir.