Hüseynovlu "Arda" "Rakuv"a, Emilin komandası "Fiorentina"ya uduzdu

UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası "Arda" Polşada "Rakuv"a uduzub.
Cəlal oyuna start heyətdə başlayıb və əsas vaxtın sonuna əlavə edilmiş 1-ci dəqiqədə əvəzlənib.
Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" "Fiorentina"ya məğlub olub.
Bu matçın baş hakimi Əliyar Ağayev olub. Emilin adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
"Çelye" - "Banik" görüşündə də ədaləti azərbaycanlı referi Elçin Məsiyev qoruyub.
Türkiyə klubu "Başakşəhər" İstanbulda "Universitatyaya uduzub.
"Beşiktaş" İsveçdə "Luzanna" ilə heç-heçə edib.
Xatırladaq ki, Konfrans Liqasının pley-off raundunun cavab qarşılaşmaları avqustun 28-də keçiriləcək.
UEFA Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyunlar
"Rusenborq" (Norveç) - "Mayns" (Almaniya) 2:1
"Hamrun Spartans" (Malta) - RFS (Latviya) 1:0
"Dyör" (Macarıstan) - "Rapid" (Avstriya) 2:1
"Hekken" (İsveç) - ÇFR (Rumıniya) 7:2
"Volfsberger" (Avstriya) - "Omoniya" (Kipr) 2:1
"Başakşəhər" (Türkiyə) - "Universitatya" (Krayova, Rumıniya) 1:2
"Breydablik" (İslandiya) - "Virtus" (San Marino) 2:1
"Drita" (Kosovo) - "Differdanj" (Luksemburq) 2:1
"Olimpiya" (Sloveniya) - "Noah" (Ermənistan) 1:4
"Strasbur" (Fransa) - "Brondbü" (Danimarka) 0:0
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Servette" (İsveçrə) 1:1
"Anderlext" (Belçika) - AEK (Yunanıstan) 1:1
"Çelye" (Sloveniya) - "Banik" (Çexiya) 1:0
"Levski" (Bolqarıstan) - AZ (Niderland) 0:2
"Polessye" (Ukrayna) - "Fiorentina" (İtaliya) 0:3
"Neman" (Belarus) - "Rayo Valyekano" (İspaniya) 0:1
"Sparta" (Çexiya) - "Riqa" (Latviya) 2:0
"Yagelloniya" (Polşa) - "Dinamo" (Tirana, Albaniya) 3:0
"Lozanna" (İsveç) - "Beşiktaş" (Türkiyə) 1:1
"Şelbörn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) 3:1
"Kristal Pelas" (İngiltərə) - "Fredrikstad" (Norveç) 1:0
"Rakuv" (Polşa) - "Arda" (Bolqarıstan) 1:0
"Hibernian" (Şotlandiya) - "Legiya" (Polşa) 1:2
"Santa Klara" (Portuqaliya) - "Şamrok" (İrlandiya) 1:2