Avropa Konfrans Liqasında finalçılar müəyyənləşdi

Avropa Konfrans Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Konfrans Liqasında finalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yarışın qalibi olmağa əsas favorit "Çelsi" doğma Londonda minimal hesablı qələbə qazanıb.

"Fiorentina" isə "Betis"dən ilk matçdakı məğlubiyyətin əvəzini çıxsa da, əlavə vaxtda təslim olub.

Konfrans Liqasının final oyunu mayın 28-də Polşanın Vroxlav stadionunda keçiriləcək.


Konfrans Liqası. Yarımfinal. cavab oyunları


“Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) 2:1 (əlavə vaxt - 0:1) İlk oyun - 1:2

“Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0 İlk oyun - 4:1