"Neftçi"nin yetirməsi Kipr klubunda

"Neftçi"nin yetirməsi Kipr klubunda

"Neftçi" yetirməsi Murad Məmmədovla vidalaşıb.

"Mediasport" xəbər verir ki, gənc oyunçu karyerasını Kiprdə davam etdirəcək.

O, "Pafos" klubunda forma geyinəcək.

Xatırladaq ki, Murad 2024/2025 mövsümündən "ağ-qaralar"ın əsas komandasında oynayırdı.

Bu müddətdə o, 41 oyuna çıxıb və 4 qol vurub.

Məmmədov Azərbaycanın U-21 milli komandasının heyətində 10 matçda 1 dəfə fərqlənib.