Premyer Liqanın debütantı "Araz-Naxçıvan"ı 2 dəfə məyus etdi
Premyer Liqada debüt edəcək “Şəfa” təlim-məşq toplanışı çərçivəsində növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”la qarşılaşıb.
Görüş Zaur Həşimovun komandasının qələbəsilə yekunlaşıb - 2:0.
Bakılıların heyətində Musa Quel və İsmayıl Zülfüqarlı fərqləniblər.


