"Qarabağ"la "Neftçi" AFFA-ya 1 milyon manata yaxın ödəniş edib
Azərbaycan Premyer Liqasında iştirak edən komandaların mövsümün ilk yarısında sifariş etdiyi legioner sayı və ödənilən rüsumlar müəyyənləşib.
"Mediasport"un məlumatına görə, geridə qalan 17 turda ən çox legioner haqqı ödəyən klub "Qarabağ" olub.
Ağdam təmsilçisi 16 əcnəbiyə görə 585 min manat rüsum ödəyib.
Sıralamada "Neftçi" ikinci, "Zirə" üçüncüdür.
Ümumilikdə mövsümün ilk hissəsində 2 milyon 340 min manat legioner rüsumu ödənilib.
Xatırladaq ki, APL-də 1 legionerdən 7 legionerə qədər rüsum 5000 (beş min) AZN, 8-dən 12-yə qədər 10000 (on min) AZN, 13-dən 15-ə qədər 100000 (yüz min) AZN, 16 və daha yuxarı sayda legioner üçünsə 200000 (iki yüz min) AZN təşkil edir.
"Qarabağ" - 16 (585000 AZN)
"Neftçi" - 15 (385000 AZN)
"Zirə" - 15 (385000 AZN)
"Sabah" - 14 (285000 AZN)
"Turan Tovuz" - 13 (185000 AZN)
"Araz-Naxçıvan" - 12 (85000 AZN)
"Karvan-Yevlax" - 18 (85000 AZN)
"Kəpəz" - 12 (85000 AZN)
"Sumqayıt" - 11 (75000 AZN)
"Şamaxı" - 10 (65000 AZN)
"İmişli" - 10 (65000 AZN)
"Qəbələ" - 9 (55000 AZN)
