"Qarabağ" AFFA-ya görə Bakıdakı ev matçını bölgədə keçirəcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
"Mediasport" xəbər verir ki, PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:
Azərbaycan Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin.
Matç saat 17:00-da start götürəcək.