İmad Fərəc "Neftçi"dən ayrıldı
İmad Fərəc karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək.
"Mediasport" xəbər verir ki, Neftçi” “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.
2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə transfer olunan Fərəc bir mövsüm ərzində "ağ-qaralar"ın heyətində 34 rəsmi oyunda meydana çıxıb.
Fransalı bu görüşlərdə 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


