"Turan Tovuz" - "Sabah", "Kəpəz" - "Neftçi" matçlarının yeri dəyişdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - 33-cü turun oyun cədvəli müəyyənləşib.
"Mediasport" xəbər verir ki, iki qarşılaşmanın yeri dəyişdirilib.
Klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə "Kəpəz" - "Neftçi" və "Turan Tovuz" - "Sabah" oyunlarının məkanlarında dəyişiklik edilib.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası. 33-cü tur
21 may (cümə axşamı)
“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:30
22 may (cümə)
“Turan Tovuz” – “Sabah”
“Bank Respublika Arena”, 17:00
“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
23 may (şənbə)
“Kəpəz” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00
“Araz-Naxçıvan” – “Zirə”
“SOCAR Polymer Arena”, 19:00
24 may (bazar)
“İmişli” – “Karvan Yevlax”
Quba OİK stadionu, 16:00


