"Qarabağ" Budapeştdə möhtəşəm geridönüşlə qələbə qazandı

Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandasın qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinə gedən yolda - pley-off mərhələsinin ilk matçında "Ferensvaroş"u əzmkarlıqla məğlub edib (3:1).
Komandalar avqustun 27-də Bakıda cavab qarşılaşmasına çıxacaqlar.
Bu cütdə məğlub olan tərəf yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyun
"Ferensvaroş" - "Qarabağ" 1:3
Qol: Barnabaş Varqa, 29 - Marko Yankoviç, 49, Kevin Medina, 67, Musa Qurbanlı, 85.
Baş hakim: Joau Pineyru
Baş hakimin köməkçiləri: Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya
Dördüncü hakim: Klaudiu Filipe Ruivu Pereyra
VAR: Tyaqu Brunu Lopes Martinş
AVAR: Fabiu Oliveyra Melu
Budapeşt, "Ferensvaroş Stadionu".