Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayətini təmin etməyib.

"Mediasport" xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı çıxardığı cəza və cərimə qərarını qüvvədə saxlayıb.

Almaniyalı forvard Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Futbolçuya 2 oyunluq cəza verilib, klubu 1500 manat cərimə edilib.