Ağakişi qardaşları 1/8 finalda AEK - "Krka" matçını idarə edəcəklər

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşlarına yeni təyinat verilib.
Mediasport.com.az xəbər verir ki, ədalət təmsilçiləri kişi həndbolçular arasında EHF Kubokunun 1/8 final görüşünü idarə edəcəklər.
Ağakişi qardaşları Yunanıstanın AEK və Sloveniyanın “Krka” komandalarının qarşılaşmasında söz sahibi olacaq.
Matç fevralın 15-16-da Yunanıstanda baş tutacaq.