Heydər Əliyevin xatirə turnirinin qalibi Özbəkistan təmsilçisi oldu

Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib.
Start fitindən üstünlüyə yiyələnən Özbəkistan təmsilçisi ilk hissəni 16:12 hesabı ilə irəlidə başa vurub.
Fasilədən sonra Qazaxıstan həndbolcuları bir qədər fəallaşıblar, lakin onlar yekunda uğur qazana bilməyiblər.
29:28 hesabı ilə qələbə qazanan OKMK turnirin qalibi olub.