"Real" Madrid, "Mançester Siti", "Borussiya" Dortmund və "Betis" UÇL-ə qələbə ilə başladılar
Futbol üzrə UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsi davam edir.
"Mediasport" xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib.
Dünya nəhənglərindən "Real" Madrid doğma meydanda "İnter"i məğlub edib.
"Mançester Siti" Portuqaliyada "Portu"ya güzəştə getməyib.
"Borussiya" Dortmund isə "Siqnal İduna Park"da "Vilyarreal"dan üstün olub.
İlk turun digər matçları bu gün və sabah baş tutacaq.
Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
"Borussiya" Dortmund (Almaniya) - "Vilyarreal" (İspaniya) 3:2
"Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 0:2
"Lill" (Fransa) - "Betis" (İspaniya) 2:3
"Real" Madrid (İspaniya) - "İnter" (İtaliya) 2:1

