"Mingəçevir"in oyunu təxirə salındı

"Mingəçevir"in oyunu təxirə salındı

Azərbaycan çempionatında bu günə planlaşdırılan bir oyun keçirilməyəcək.

"Mediasport" xəbər verir ki, 1-ci Liqanın 16-cı turunun "Mingəçevir" - "Difai" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14:00-a planlaşdırılmışdı. Matçın yeni vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında “Baku Sportinq”lə “Cəbrayıl” üz-üzə gələcək.