"Səbail" səfərdə MOİK-ə uduzdu

"Səbail" səfərdə MOİK-ə uduzdu

Futbol üzrə Azərbaycan 1-ci liqasında 15-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Premyer Liqaya iddialı olduğu deyilən "Səbail" MOİK-ə uduzub.

Ötən tur "Şəfa" ilə evdə bərabərə qalan Bayıl klubu bu dəfə "hərbçilər"lə bacarmayıb. Əvəzində elitaya yüksəlmək uğrunda yarışan digər kollektiv - "Baku Sportinq" inamlı qələbə ilə azı 2-ci sıradakı mövqeyini möhkəmləndirib.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci liqası. 15-ci tur


18 fevral (çərşənbə)

“Cəbrayıl” - “Baku Sportinq” 1:2

Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Novruz Əzimov

Şamaxı OİK stadionu, 14:30 


MOİK - “Səbail” 1:0

Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Törə Əhmədova

Binə qəsəbə stadionu, 14:30


19 fevral (cümə axşamı) 

“Şəfa” - “Mingəçevir”

Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Binə qəsəbə stadionu, 14:30


“Zaqatala” - “Difai”

Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Namiq Əliyev

Zaqatala OİK stadionu, 15:00 


“Şimal” - “Şahdağ Qusar” 

Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şamaxı OİK stadionu, 15:00