Kaxaber Sxadadze "Qəbələ"dən istefaya göndərildi - RƏSMİ
“Qəbələ” İK baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Köməkçi məşqçi Georgi Çixradze də yola salınıb.
Qeyd edək ki, Sxadadze 2024-cü ilin fevralından "Qəbələ"ni çalışdırırdı.


