"Araz-Naxçıvan"da yeni baş məşqçi Zaur İsmayılov oldu
Zaur İsmayılov "Araz-Naxçıvan"ın əsas komandasına baş məşqçi təyin edilib.
"Mediasport" xəbər verir ki, bu addım AFFA-nın Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək məqsədilə atılıb.
Bir neçə ildir əvəzedici komandanı çalışdıran İsmayılov UEFA PRO kateqoriyasına sahibdir.
Rəhbərliyin klubdaxili qərarına əsasən, Misli Premyer-Liqasının 2026/2027 mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.


