"Qarabağ" ilk transferi həll etdi - "Lill"in yetirməsi ilə anlaşdılar

"Qarabağ" ilk transferi həll etdi - "Lill"in yetirməsi ilə anlaşdılar

Yeni mövsüm üçün hazırlıqlara indidən başlayan "Qarabağ" ilk transfer çalışmasını uğurla yekunlaşdırıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Jali Muaddiblə anlaşıb.

Mərakeş əsilli 25 yaşlı fransalı "Lill"in yetirməsidir.

Hazırda Kiprin "Omonia" komandasında çıxış edən Muaddibin Aradipu təmsilçisi ilə müqaviləsi mayda başa çatacaq.

2019-cu ildə Fransanın U-19 milli komandasında 3 matç keçirmiş vinger İtaliya yığması ilə yoldaşlıq görüşündə qol vurub.

"Lill", "Anje" və "Avranş"ın B komandalarında oynamış "10 nömrə" Rumıniyada "Botoşani"nin də formasını geyinib.

"Atlılar"a azad agent statusu ilə keçəcək Muaddibin transfer dəyəri 400 min avro civarında qiymətləndirilir.