"Neftçi" Vensan Abubakarla müqavilənin detallarını açıqladı

"Neftçi" Vensan Abubakarla müqavilənin detallarını açıqladı

“Neftçi” ulduz futbolçu Vensan Abubakarla rəsmi müqavilə bağlayıb.

"Mediasport" xəbər verir ki, Kamerun milli komandasının hücumçusu ilə anlaşma 1+1 illik nəzərdə tutulub.

Forvard yeni klubunda 45 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.

O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb.

Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

Xatırladaq ki, afrikalı bu gün tibbi müayinədən keçib, kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb.

Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Futbolçunun sağlamlığında heç bir problem aşkarlanmayıb.