"Qarabağ"ın potensial rəqibləri üz-üzə - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 matç keçiriləcək.
Mübarizəyə 2-ci təsnifatdan qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın istirahət etdiyi turda potensial rəqibləri - “Şelburn” və “Linfild” İrlandiyada meydana çıxacaqlar.
Bu raundun cavab görüşləri iyulun 15-16-da keçiriləcək.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar
20:00. “Jalgiris” (Litva) - “Hamrun Spartans” (Malta)
21:30. FKSB (Rumıniya) - “İnter” (Andorra)
21:30. “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus)
22:45. “Şelburn” (İrlandiya) - “Linfild” (Şimali İrlandiya)