"Kayserispor"un sabiq futbolçusu Azərbaycan 1-ci Liqasında oynayacaq

"Kayserispor"un sabiq futbolçusu Azərbaycan 1-ci Liqasında oynayacaq

1-ci Liqada yeni mövsümə hazırlaşan "Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, aranlılar Antoni Uzodimma ilə gücləniblər.

Nigeriyalı yarımmüdafiəçi ilə qarşıdakı mövsümün sonuna qədər müqavilə imzalanıb.

27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Girəsunspor", "Ankara Keçiörəngücü", həmçinin öz ölkəsinin "Emordi" və "Rasinens" klublarında forma geyinib.