"Səbail"də təqdimat keçiriləcək

 "Səbail"də təqdimat keçiriləcək

“Səbail” PFK-nın yeni idarə heyəti ilə təqdimat tədbiri keçiriləcək.

"Mediasport" xəbər verir ki, mərasimdə klubun strateji inkişaf planları, 2026/2027-ci illər mövsümü üçün müəyyənləşdirilən hədəflər, infrastruktur və sosial layihələr, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bununla yanaşı, tədbir çərçivəsində “Səbail” PFK-nın 2026/2027-ci illər mövsümü üçün yeni oyun formaları və komandaya yeni qoşulan əcnəbi futbolçular ictimaiyyətə təqdim olunacaq.

Tədbir sabah saat 15:00-da "Hilton" hotelində baş tutacaq.