Yankoviç və Veşoviç 90 dəqiqə oynayıb qələbədə pay sahibi oldular - Dünya Kuboku-2026

Dünya Kuboku-2026-nın Avropa zonası üzrə seçmə mərhələ matçlarında 1-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, "Qarabağ"ın futbolçuları - Marko Veşoviç və Marko Yankovişin şərəfini qoruduğu Monteneqro futbolçuları doğma meydanda Cəbəllütariqi qəbul edib.
Ağdam klubunun hər iki üzvünün 90 dəqiqə meydanda olduğu qarşılaşma Robert Prosineçkinin baş məşqçisi olduğu monteneqroluların inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Marko Yankoviç 74-cü dəqiqədə - 3-cü qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.
Monteneqro yığması martın 25-də 2-ci tur çərçivəsində Farer adalarını sınağa çəkəcək.