"Kayzerslautern"lə müqavilə bağlayan Mahirin qiyməti artdı

Almaniyanın "Kayzerslautern" klubuna transfer edilən Mahir Emrelinin dəyəri artıb.
"Mediasport" xəbər verir ki, bununla bağlı nüfuzlu “Transfermarkt” portalında yenilənmə edilib.
Azərbaycan milli komandasının futbolçusunun qiyməti 200 min avro civarında çoxalaraq 1 milyon avroya çatdırılıb.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.