Litva - Azərbaycan matçını kiprli hakimlər idarə edəcəklər
Sentyabrın 27-də UEFA Millətlər Liqasının ilk turu çərçivəsində keçiriləcək Litva - Azərbaycan matçının hakimlər briqadası açıqlanıb.
"Mediasport" xəbər verir ki, Kaunasda keçiriləcək görüşü kiprli ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Menelaos Antoniunun yan xətlərdə köməkçiləri Pavlos Georgiu və Eraklis Komodromos olacaqlar.
Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.
VAR-da Marios Kristoforu, AVAR-da Dimitris Solomu əyləşəcək.
Darius və Girenas stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

