Millimiz İraqla qarşılaşacaq
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığın ikinci mərhələsində İraq komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, ilk görüş noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da baş tutacaq.
Matç saat 19:00-da başlanacaq.
Komandalar arasında ikinci qarşılaşma noyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Görüş saat 16:00-da start götürəcək.

