"Neftçi"nin yola saldığı futbolçu Tayland klubunda forma geyinəcək

"Neftçi"dən ayrılan Robert Bauerin yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, almaniyalı futbolçu karyerasını Taylandda davam etdirəcək.
30 yaşlı Bauer "Buriram Yunayted"lə müqavilə bağlayıb.
Qeyd edək ki, müdafiəçi 2024/2025 mövsümündə "Neftçi"in heyətində 15 görüşdə meydana çıxıb.