"Sabah"dan ayrılan 25 yaşlı hücumçu yenidən "Kəpəz"də

 "Sabah"dan ayrılan 25 yaşlı hücumçu yenidən "Kəpəz"də

"Kəpəz" heyətini yeni oyunçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi Camal Cəfərovun keçidini rəsmiləşdirib.

23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, son klubu “Sabah” olan Camal müxtəlif vaxtlarda “sarı-göylər”in formasını geyinib.

Cəfərov 2023-2024 və 2024-2025-ci illər mövsümünü "Kəpəz"də keçirib.