Rüfət Abbasov "Neftçi"də - RƏSMİ
"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" sol cinah müdafiəçisi Rüfət Abbasovu transfer edib.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, paytaxt təmsilçisində "3" nömrəli formanı geyinəcək.
"Neftçi"nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib.
Son iki mövsümdə "Şamaxı"nın formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.


