"Zirə" yarımfinalda - YENİLƏNDİ

"Zirə" yarımfinalda - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə bir görüş baş tutub.

"Sumqayıt" iki cavabsız qolla üstələyən "Zirə" adını yarımfinala yazdırıb.

3 oyun gününü əhatə edəcək raundun digər matçları martın 4-5-də baş tutacaq.


Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunu


"Zirə" - "Sumqayıt" 2:0 (ilk oyun - 0:0)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Bakı, Zirə İdman Kompleksinin stadionu