Azərbaycan Kubokunun qalibi yenidən Premyer Liqamızda
2017/2018-ci illər mövsümündə "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi olmuş Yuri Maksimov Azərbaycana qayıdır.
"Mediasport" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, 57 yaşlı mütəxəssis "Araz-Naxçıvan"la anlaşıb.
Onun istefaya göndərilən Cavid Hüseynovu əvəzləyəcəyinin dəqiqləşdiyi qeyd edilib.
Xatırladaq ki, Maksimov "Keşlə" ilə Azərbaycan Azərbaycan Kubokunun qalibi olub.

