Kurban Berdıyevin cəzası və "Turan Tovuz"a kəsilən cərimə azaldıldı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının toplantısı keçirilib.
"Mediasport" xəbər verir ki, yığıncaqda "Turan Tovuz" klubunun apellyasiya şikayətinə baxılıb.
Yekunda müraciət qismən təmin edilib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk oyununda hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu və daha sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilmiş baş məşqçinin cəzası 3 matça endirilib.
"Turan Tovuz"a kəsilmiş 10 000 manat cərimə 6 000 manata salınıb.
