"Təəssüf, bunları reallaşdırmaqda problemimiz var" - Azər Bağırov
"Karvan-Yevlax"ın mübariz oyun göstərəcəyini bilirdik. Gördük ki, səfərdə azarkeşlərin qarşısında oynamaq nə qədər çətindir".
"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"İn baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Premyer Liqanın 12-ci turunun "Karvan-Yevlax"la səfər matçı haqda danışıb:
"Maraqlı oyun oldu. Çoxlu qol epizodları yaratdıq. Təəssüflər olsun ki, bunları reallaşdırmaqda problemimiz var".
Sizcə, oyunun qırılma nöqtəsi hansı məqam idi?
- Ümid Səmədovun topu qapı xəttindən çıxarması oldu. O andan sonra futbolçularda daha çox inam yarandı. Daha sonra istədiyimiz qolu vurduq. Bunu birinci hissədə etməliydik. Çünki daha çox epizodlar yaratdıq. Təcrübəsizlik öz sözünü deyir.
Ev oyunlarınızı Yevlaxda keçirəcəksiniz. Meydançanın ot örtüyünün durumu necədir?
- Birinci oyun üçün ot örtüyü pis deyil. Burda oynamağımızın səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoxdur, Yevlaxa isə 40-45 dəqiqə. Adaptasiyaya ehtiyac olmur.
Sonuncu pillədən qurtuldunuz. Bundan sonra məqsəd nə olacaq?
- Hər oyunda xallar üçün mübarizə aparacağıq. Düşünürəm ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Sonuncu pillədən qurtulmaq şərt deyil.
