"Qarabağ" İrlandiyaya yollandı

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn"la ilk oyunu üçün İrlandiyaya yola düşüb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası paytaxt Dublinə 3 günlük səfər planı ilə gedib.
Görüş iyulun 23-də 5700 azarkeş tutumlu "Tolka Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Cavab qarşılaşması iyulun 30-da Bakıda baş tutacaq.