Qəzəblənmiş Fariz Nəcəfovdan Kaxaber Çxadadzeyə SON ŞANS
“Qəbələ”də ciddi böhran davam etməkdədir.
Premyer Liqada yeni mövsümə də uğursuz başlayan bölgə təmsilçisinin ilk iki turda xala həsrət qalması əsəbləri tarıma çəkib.
Yayda heyət 7 legionerlə gücləndirilsə də, nəticə yoxdur.
Klub rəhbərliyinin səbir kasasını isə debütant "Şəfa" ilə matç daşırıb.
Doğma meydanda paytaxt klubuna məğlubiyyəti həzm etməyən "Qəbələ" İK-nın prezidenti Fariz Nəcəfov matçsonrası məşqçilər korpusuna sərt reaksiya göstərərək son xəbərdarlığın edib.
Baş məşqçi Kaxaber Çxadadzenin fəaliyyətindən açıq narazılığını dilə gətirən klub rəhbəri gürcü mütəxəssis üçün 3-cü turun "Şamaxı" ilə duelinin son oyun ola biləcəyini çatdırıb.
Əksi olsa, Kaxa istefaya göndəriləcək. Xatırladaq ki, o, "Qəbələ"yə 2024-cü ildən rəhbərlik edir.
Ötən mövsüm Premyer Liqada yerini pley-off görüşü ilə qoruyan komanda cari sezonun startında "Turan Tovuz"a da 0:1 hesabı ilə uduzub.
Mediasport.com.az


