Bakı Olimpiya Stadionu uzun fasilədən sonra əvvəlki görkəmində

Bakı Olimpiya Stadionu uzun fasilədən sonra əvvəlki görkəmində

Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyü hazır vəziyyətə gətirilib.

"Mediasport" xəbər verir ki, iki ildən çoxdur beynəlxalq səviyyəli dövlət tədbirlərinə ev sahibliyi edən arena, nəhayət, futbol matçını qəbul etməyə hazırdır.

Meydanın ot örtüyü əvvəlki vəziyyətinə gətirilib. Bəzi son tamamlama işləri aparılır.

Xatırladaq ki, BOS-da oktyabrın 13-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Sabah" - "Slaviya" (Çexiya) görüşü keçiriləcək.