"Qəbələ"də 19 yaşlı vinger - Prins Ovusu ilə 3 illik müqavilə bağlandı

Premyer Liqaya hazırlaşan “Qəbələ” heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu ilə müqavilə bağlayıb.
Anlaşma 3 illik nəzərdə tutulub. O, ötən mövsümü "qırmızı-qaralar"ın U-19 komandasında keçirib.
Liqada gümüş medal qazanmış Prins 14 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.