Sədr "Neftçi"nin futbolçusunun qırmızı vərəqə almasını izah etdi

Sədr "Neftçi"nin futbolçusunun qırmızı vərəqə almasını izah etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun 1/4 final mərhələsiin “Neftçi” - “Kəpəz” (1:0) cavab oyununda qeydə alınan mübahisəli epizoda münasibət bildirib.

"Mediasport" xəbər verir ki, belçikalı funksioner görüşdə qırmızı vərəqə alan "ağ-qaralar"ın üzvü Bassalu Sambunun epizodunu belə qiymətləndirib:

"Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur. Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.

Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" görüşü Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.