"Qarabağ"la görüş yubileyi oldu
“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.
"Mediasport" xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XII turunun “Qarabağ”la ev matçına təsadüf edib.
29 yaşlı müdafiəçi bu görüşlərdə 1 qola imza atıb.
Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.

