"Qarabağ"ın "Sabah"la sabahkı oyununa 9500 bilet satıldı
Sabah Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununda anşlaq yaşanacaq.
"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 10 minə yaxın bilet satılıb.
Ağdam klubunun məlumatına əsasən, artıq 9500 bilet sahibinə qovuşub.
Qiyməti 5, 10 və 20 AZN olan biletlərin satışı davam edir.
Matç saat 19:00-da start götürəcək.
