Millimiz Avropa çempionatında İrlandiya yığmasına məğlub oldu
20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi FİBA Avropa Çempionatının B divizionunda üçüncü oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız səfərdə İrlandiya yığması ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 54:47.
Basketbolçularımızın növbəti rəqibi iyulun 15-də Şimali İrlandiya kollektivi olacaq.


